Yuxarı

Dünənki statistika: əyani təhsil ləğv edilir? – Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünənki statistika: əyani təhsil ləğv edilir? – Nazirlik

Ötən gün paylaşılan həftəlik statistikadan sonra əyani tədrisin dayandırılması gündəmdə deyil.

Bunu Axar.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, tədris ili başlayandan şagirdlər arasında qeydə alınan yoluxma faktı yalnız məktəb şəraitində baş verməyib:

“121 nəfərin koronavirusa yoluxması katastrofik rəqəm deyil. Sadəcə olaraq, 1 həftə ərzində ümumi nəticələrlə bağlı açıqlama yaydıq. Hər həftə biz şagird və təhsil işçiləri arasında qeydə alınan yoluxma statistikasını paylaşacağıq. Ötən gün paylaşılan statistikada bir məqam var ki, qeydə alınan yoluxma faktının əksəriyyəti yuxarı siniflər arasında olub. Onların da dərsləri hələ heç əyani şəkildə başlamayıb. Yəni bu statistika ancaq məktəb şəraitində baş verən yoluxma halını göstərmir. Biz diqqətli olmalı və qaydalara riayət etməliyik ki, yoluxmayaq”.

Qeyd edək ki, ötən gün nazirlik dərs ili başlayandan sentyabrın 21-dək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanması, həmçinin Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması nəticəsində məktəbdə tədrisin distant formaya keçirilməsi barədə məlumat yayıb.

Tarix
2020.09.22 / 12:27
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Uşaqların İran və ifrat dini simvolikalara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir? YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla