Yuxarı

Düşmənin məhv etdiyi tarixi abidələrimiz Misir mediasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmənin məhv etdiyi tarixi abidələrimiz Misir mediasında

Misirin media orqanları Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etməsi barədə fikirlərini və həmin abidələrin fotoşəkillərini yayıb.

Axar.az xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyi tərəfindən təqdim edilmiş fotoşəkillər geniş oxucu auditoriyasına malik “Qalyubiyenews”, “Alwataanemag”, “Egyptnewsonline”, “Rayetmisr”, “Aldiplomasy”, “Ta7iamasr” kimi informasiya portallarında dərc olunub.

Fotoreportajın mətnində qeyd olunub ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən, 1 milyondan çox insanı öz doğma evlərindən didərgin salan, Xocalıda soyqırımı törədən Ermənistan həmin torpaqlarda qədim məscid və kilsələri, tarixi-dini abidələri məhv edib. Vurğulanıb ki, Azərbaycan xalqının qədim maddi mədəni irs nümunələrinə qarşı təxribat aktları Ermənistan rəhbərliyinin birbaşa göstərişi ilə həyata keçirilib. Bütün bunlar göstərir ki, rəsmi Yerevanın İslam dövlətləri ilə əməkdaşlığa dair bəyanatları absurddur.

Tarix
2020.09.22 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla