Yuxarı

Diqqət: Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Sabah Bakının bu rayonlarında qaz olmayacaq

"Qaz İxrac" İdarəsi sentyabrın 23-i səhər saat 09:00-dan etibarən “Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan “Mikrorayon” və “Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Bu zaman qaz xətti üzərində yerləşən diametri 250 mm olan siyirtmədə əmələ gəlmiş qaz sızmalarının ləğvi işləri icra ediləcək.

"Azəriqaz"dan Axar.az-a verilən məlumata görə, təmir işləri görülən vaxtda Nəsimi rayonu, 1 və 2-ci Alatava qəsəbələrində, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələrində, Tbilisi prospektində, Yasamal rayonunda, Binəqədi rayonu, 6, 7, 8 və 9-cu mikrorayonlar, Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, Vorovski yaşayış sahəsi, C.Xəndan küçəsinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Gün ərzində təmir işləri başa çatandan sonra qaz təminatının bərpası planlaşdırılır.

Tarix
2020.09.22 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla