Yuxarı

Bəhruz Əsədbəyli həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndiriləndirilərək həbs edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Natavan Tağıyevanın sədrlik etdiyi iclasda vəsatət təmin edilib.

B.Əsədbəyliyə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda məninmsəmə və ya israfetmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, spirtli içki biznesi ilə məşğul B.Əsədbəylinin hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun yaxın adamı olduğu bildirlir.

Mediada onun E.Həsənovla şərikli biznesinin olması barədə də məlumatlar yayılıb.

Xatırladaq ki, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2020.09.23 / 11:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla