Yuxarı

Ehtiyatdakı hərbi heyət niyə toplanır? – Milli Qəhrəman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, plana uyğun olaraq orduda təlim toplanışlarına çağırış həyata keçirilir. Yəni, hər bir ordunun ehtiyatda olan hissəsi orduda olan yeni silahlarla tanış olmalıdır. Onlardan istifadə qaydalarını mənimsəməlidir. Bu gün də həmin hadisə baş verir.

Bunu Axar.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev son günlər baş verən hadisələrdən, xalq-ordu birliyindən və ordumuzun döyüş qabiliyyətindən danışarkən deyib. Azərbaycanın Milli Qəhrəmanı bildirib ki, məqsəd ehtiyatda olan heyəti ordumuzun arsenalında olan silahlarla tanış etməkdir:

“Gənclər böyük həvəslə orduya gedir. Xalq da bunu gözəl qarşılayır. Müharibə şəraitindəyik və həmişə döyüşə hazır olmalıyıq. Bu prosesə yaxından qoşulanları xalqımız alqışlayır. Ermənistan ordusu nə zamansa onların havadarlarının köməyi ilə təxribat həyata keçirmək istəyərsə, Azərbaycan Ordusu onların cavabını layiqincə verməyə hazırdır”.

Ehtiyatda olan polkovnik-leytenant onu da vurğulayıb ki, bu gün Azərbaycan Ordusu peşəkar zabit, gizir, çavuş, müddətdən artıq hərbi xidmət qulluqçuları ilə təmin olunub:

“Artıq ordumuz yüksək savada və biliyə malik peşəkarlardan təşkil edilmiş bir ordudur. Ordumuzun arsenalında İsrail, Türkiyə, Rusiya kimi silah istehsalında öndə gedən ölkələrdən alınan ən müasir silahlar mövcuddur. Bu silahlardan istifadə edən yüksək peşəkar kadr heyətimiz də var. Keçən ilin sonlarında NATO yetkililərinin belə bir açıqlaması oldu ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur. 2016-cı ilin aprel, 2020-ci ilin Tovuz hadisələri də göstərdi ki, bu gün Azərbaycan Ordusu hansı gücə malikdir. Düşmən layiqli cavabını aldı. Əgər Ermənistanın arxasında duran qüvvələr mane olmasaydı, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilərdi”.

30 il əvvəlki dövrlə müasir Azərbaycan Ordusunu müqayisə edən Vahid Quliyevin sözlərinə görə, doxsanıncı illərdə Azərbaycan Ordusu adi silahlarla silahlanmışdı:

“Yaxşı silahların hamısını rus ordusu buradan gedərkən özü ilə aparmışdı. Peşəkarlıq səviyyəsi çox aşağı idi. Daha doğrusu, peşəkarlıqdan heç danışmaq olmazdı. Çünki ordu əsasən könüllülərdən təşkil edilmişdi. Peşəkar zabitlər çox az idi. Sovetlər dövründə Azərbaycan əsgərləri əsasən tikinti batalyonlarına cəlb olunurdu. Hərbi məktəblər isə Azərbaycan gənclərini bir o qədər cəlb etmirdi. Buna görə 90-cı illərdə ordumuzda peşəkar əsgər və zabit çatışmazlığı vardı. 1994-cü il atəşkəsindən sonra Ulu öndərimiz hərbi məktəblərin tam peşəkar səviyyədə fəaliyyətə başlamasını təmin etdi”.

Azərbaycanın Milli Qəhrəmanının fikrincə, bu gün xalq-ordu birliyi ən yüksək səviyyədədir:

“Xalq öz Ordusunun yanındadır. Gənclər ordu sıralarına qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün can atır. Hamı istəyir ki, orduya səfərbər olsun. Döyüşlərdə iştirak etsin”.

Tarix
2020.09.23 / 11:34
Müəllif
Tural, Xədicə
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla