Yuxarı

Erməninin futbolçumuzu öldürməsi Rusiyanı qarışdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməninin futbolçumuzu öldürməsi Rusiyanı qarışdırdı

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu, "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Emil Hüseynovun erməni idmançı, əlbəyaxa döyüş ustası Tiqran Çiçəkyan tərəfindən qətlə yetirilməsi ətrafında gərginlik qalır.

Virtualaz.org saytı xəbər verir ki, Tiqran Çiçəkyanın barəsində artıq həbs-qətimkan tədbiri seçilib. O, istintaqa ifadəsində azərbaycanlı futbolçunu qətlə yetirdiyini tam etiraf edib və günahı üzərinə götürüb.

Yekaterinburq saytları yazır ki, bu şəhərdəki erməni diasporu Tiqrana güclü vəkillər tutmaq üçün pul toplayır. Habelə erməni diasporunun nümayəndələri Tiqranın davada yaralanan qardaşı üçün də pul yığırlar. Ermənilər iddia edir ki, o, davada ağır yaralanıb, alın sümüyü deşilib və təcili əməliyyat olunmalıdır.

Erməni diasporu davaya görə məsuliyyəti azərbaycanlıların üzərinə ata bilmək üçün bütün imkanlarını səfərbər edib. Onların arqumentinə görə, Tiqran özünü müdafiə edib və bu səbəbdən bıçağa əl atıb.

Tarix
2015.04.22 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla