Yuxarı

İş adamını arvadı öldürübmüş - Etiraf etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axar.az Report-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, hadisə 2019-cu iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Rəna Sofiyeva həyat yoldaşı Araz Sofiyevin evə basqın edən quldurlar tərəfindən bıçaqlanaraq öldürüldüyünü, özünün isə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb.

Aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.

Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, cinayətin qurbanı - Araz Sofiyev müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də çalışıb.

Tarix
2020.09.25 / 09:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla