Yuxarı

Düşmən mülki şəxslərin evlərini hədəf alıb - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən mülki şəxslərin evlərini hədəf alıb - Fotolar

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində, cəbhə zonasında yerləşən Azərbaycanın yaşayış məntəqələri məqsədli şəkildə atəşə tutulub, fərdi evlər yararsız hala düşüb, mülki şəxslər arasında yaralılar var.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, düşmənin cəbhəboyu zonada Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər rayonunun mülki sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.

Rayon sakinləri Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verdiyini və hər zaman Azərbaycan əsgərinin yanında olduqlarını bildirirlər.

Qeyd edək ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Tarix
2020.09.27 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla