Yuxarı

“Azərişıq”da xüsusi qərargah yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq”da xüsusi qərargah yaradıldı

Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də xüsusi qərargah yaradılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində ASC əməkdaşları növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edirlər.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə material göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarımızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir.

Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırırlar.

Tarix
2020.09.27 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla