Yuxarı

Erməni lobbisi buz kimi əriyir - Hikmət Cavadov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni lobbisi buz kimi əriyir - Hikmət Cavadov

Qarabağımızın, digər ərazilərimizin düşmən işğalında olması bizi rahat buraxmır.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov bildirib.

O qeyd edib ki, Azərbaycanın Ukraynadakı diasporu tam ayaqdadır:

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün tam varlığımızla bu müharibəni gözləyirdik. Son illər Qarabağ müharibəsinin diaspor cəbhəsində də möhkəmlənmişik. Buna heç kəsin şübhəsi olmasın. Artıq dünya çapında hamımız üçün az qala yenilməz mif olan erməni lobbisi buz kimi əriyir. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti, bu istiqamətdə hər iki ölkənin gördüyü işlər öz nəticəsini verir. İndi ermənilərin xarici ölkələrdə yaydıqları dezinformasiyalara qarşı iş aparmaqla məşğuluq”.

“İstənilən zaman həm olduğumuz ölkədə, həm də vətənimizə dönərək cəbhədə vuruşmağa hazırıq! Bundan başqa, ehtiyac duyularsa, xaricdə yaşayan soydaşlarımız cəbhə bölgəsinə maddi yardımlar da göstərəcək”, - H.Cavadov bildirib.

Tarix
2020.09.27 / 20:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla