Yuxarı

Bu davada Azərbaycanın yanındayıq – Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu davada Azərbaycanın yanındayıq – Bəyanat

Türkiyədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət və həmrəylik cəmiyyətləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə bağlı bəyanat yayıblar.

Axar.az xəbər verir ki, bir çox dərnəklərin və qeyri-hökumət təşkilatlarının sədrlərinin imzası ilə yayımlanan bəyanatda Türkiyənin haqlı mübarizəsində daim Azərbaycanın yanında olduğu ifadə edilib. Bildirilib ki, cəbhə xətti boyunca Ermənistan ordusu tərəfindən genişmiqyaslı təxribatların törədildiyi və Azərbaycan Ordusunun mövqelərinə, mülki yaşayış məntəqələrinə iriçaplı silahlardan, toplardan və minaatanlardan atəş açılması barədə xəbərlər qardaş ölkədə hiddətlə qarşılanıb. Ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində dinc əhali arasında ölən və xəsarət alanların olduğu, yaşayış məntəqələrinə ciddi ziyan dəyməsinə dair rəsmi açıqlamalar Türkiyədə böyük qəzəb doğurub. Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli cavab verilməsi ilə bağlı qərarı qardaş ölkədə hamını həyəcanlandırdı. Azərbaycanın qətiyyətli cavab zərbələri nəticəsində Ermənistana məxsus 12 zenit-raket kompleksinin və bir çox hərbi texnikanın məhv edildiyini öyrəndik.

“Biz, Türkiyədə fəaliyyət göstərən QHT-lər olaraq bütün türk milləti ilə birlikdə haqlı davasında Azərbaycanın yanındayıq. İyirmi səkkiz ildir Azərbaycan torpaqlarını işğal edərək bölgədə gərginlik yaradan, beynəlxalq hüquq normalarına məhəl qoymayan, dəstəkçiləri ilə birlikdə Cənubi Qafqazı müharibə meydanına çevirməyə çalışan, minlərlə günahsız insanın ölümünə, eləcə də Xocalı soyqırımına səbəb olan Ermənistanı qətiyyətlə qınayırıq. Bu gün Türkiyə dövlətinin rəsmi şəxsləri tərəfindən Türkiyənin haqlı davasında daim Azərbaycanın yanında olduğuna dair bəyanatlar rəğbətlə qarşılandı. Hamımız Can Azərbaycanın yanındayıq və Vətən torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistanın təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edən Azərbaycan Ordusunun əsgərləri ilə çiyin-çiyinə döyüşməyə hazırıq”, - deyə bəyanat xüsusi vurğulanıb.

Tarix
2020.09.28 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla