Yuxarı

Ermənistan faşizminin eybəcər sifəti - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-də, səhər saat 7 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Tərtər şəhərinin artileriyadan atəşə tutulması nəticəsində şəhər sakini Mehman Əliyev həlak olub. Həmçinin şəhər sakini Tural İbrahimov və təcili tibbi yardım maşınının sürücüsü Qənbər Əsədov yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Düşmən Tərtər rayonunda polis şöbəsini, məhkəmə binasını və mülki obyektləri də hədəf alıb. Bu da Ermənistan faşizminin eybəcər sifətini bir daha göstərir.

Qeyd edək ki, düşmənin ağır artilleriyadan intensiv atəşi nəticəsində Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsünə və polis şöbəsinə zərbələr endirilib.

Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə olunub.

Həmçinin işğalçı ölkənin silahlı qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonunun Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmiləri düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub.

Tarix
2020.09.28 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla