Yuxarı

Sərnişindaşımada yeni qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərnişindaşımada yeni qanun

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik sərnişin daşımaları ilə bağlı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2014-cü il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədardır.

Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitələrinə dövlət texniki baxışı üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bərabər sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.

Nazirlər Kabineti bununla bağı "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də də müvafiq dəyişiklik edib.

Tarix
2015.04.24 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla