Yuxarı

Avropa mətbuatı erməni təcavüzündən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa mətbuatı erməni təcavüzündən yazdı

Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumuna ölkəmizin Silahlı Qüvvələrinin əks-əməliyyatla cavab verməsi geniş işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Monteneqro, Serbiya və Macarıstanda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna ordumuzun düşmənə layiqli cavab verməsindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.

Vurğulanıb ki, sərhəd boyunca Azərbaycan kəndlərinin artilleriya vasitəsilə fasiləsiz atəşə tutulması, mülki əhalinin ölümü və yaşayış binalarının dağıdılması ilə bağlı xəbərlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan düşmənin atəş mövqelərini susdurmaq məqsədilə əks-hücum əmri verib.

Məqalələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın hərbi təcavüzünün davam etməsi, əhalinin qəsdən atəşə tutulması ilə bağlı fikirlərinə də yer verilib.

Tarix
2020.09.28 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla