Yuxarı

Kəndlərdən bir adam belə çıxmayıb - Başçı müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəndlərdən bir adam belə çıxmayıb - Başçı müavini

Ermənilərin Goranboy rayonunu atəşə tutması nəticəsində mülki əhali arasında insan tələfatı baş verməyib.

Axar.az xəbər verir ki, bunu Trend-ə Goranboy rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Ceyhun Həsənov deyib.

C.Həsənov Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində rayonun infrastrukturuna ziyan dəydiyini, dəyən ziyanın məbləğinin hələllik müəyyən edilmədiyini söyləyib.

O, Goranboyda əhali arasında yüksək döyüş əzminin olduğunu da vurğulayıb.

RİH başçısının müavininin sözlərinə görə, orduda döyüşmək üçün müraciət edən könüllülərin sayı olduqca çoxdur:

“Goranboy rayon İcra Hakimiyyətinə, Hərbi Komissarlığına döyüşə getmək üçün edilən müraciətlərin ardı-arası kəsilmir. Rayon əhalisinin əhval-ruhiyyəsi çox yüksəkdir. Kəndlərdən bir adam belə çıxmayıb. Hər kəs yüksək döyüş əzmindədir”.

Tarix
2020.09.29 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla