Yuxarı

Bakı-Quba yolunda dəhşətli qəza: 5 ölü - Yeniləndi/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba yolunun 22-ci kilometrliyində betonqarışdıran maşın "Nissan-Tiida" markalı minik avtomobili ilə toqquşub, nəticədə 5 nəfər ölüb

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin məlumata görə, "Mersedes" markalı minik avtomobili qəza şəraiti yaradarkən betonqarışdıran maşın qəzadan yayınmaq istəyib və yolun qarşı tərəfinə çıxaraq "Nissan-Tiida" ilə toqquşub. Nəticədə betonqarışdıran maşın "Nissan-Tiida"nın üzərinə aşıb. Minik avtomobilində olan 5 nəfər hadisə yerindəcə keçiniblər.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend ə bildirib ki, betonqarışdıran maşın Bakı istiqamətinə hərəkət edərkən eyni istiqamətdə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili qəza şəraiti yaradıb. Betonqarışdıran maşın qəzadan yayınmaq istəyəndə maneə çəpərlərini qıraraq qarşı tərəfdən gələn "Nissan-Tiida" markalı minik avtomobilinin üzərinə aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Bakı-Quba yolunun 22-ci kilometrliyində "Mersedes-Benz" markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılmış və daha sonra "NİSSAN" markalı minik avtomobilinin üzərinə aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "NİSSAN" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində vəfat etmişdir. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:06-da başa çatıb.
Qeyd edək ki, bu, son sutka ərzində respublikada baş verən ikinci ağır yol qəzasıdır. Belə ki, 23 dekabr 2013-cü il tarixdə saat 23:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 115-ci km-də 1979-cu il təvəllüdlü İsmayıllı rayon sakini Xəlilov Ramil Rövşən oğlunun idarə etdiyi "VAZ-21011" markalı, 60-BH-117 dövlət qeydiyyat nişanlı avtomobillə 1992-ci il təvəllüdlü Şamaxı rayon sakini Musayev İlyas Şahbala oğlunun idarə etdiyi "VAZ-21015" markalı, 90-HK-259 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ-21011" markalı avtomobildə olan sərnişin 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İskəndərova Günel Ələskər qızı, habelə "VAZ-21015" markalı avtomobildə olan sərnişinlər, Şamaxı rayon sakinləri 1991-ci il təvəllüdlü Həsənov Həsənağa Binyəm oğlu və 1993-cü il təvəllüdlü Aslanov Musa Abbas oğlu hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüləri, eləcə də "VAZ-21011" markalı avtomobilin digər sərnişinləri 2008-ci il təvəllüdlü Xəlilov Əliheydər Ramil oğlu və 2010-cu il təvəllüdlü Xəlilov Abbas Ramil oğlu xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Tarix
2013.12.24 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla