Yuxarı

FHN cəbhədəki durumla bağlı daha bir məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN cəbhədəki durumla bağlı daha bir məlumat yaydı

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirlik bildirib ki, nəticədə, yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir:

"Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb”.

Tarix
2020.09.29 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla