Yuxarı

Deputatlar təklif verdi: İsraildə səfirliyimiz açılsın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlar təklif verdi: İsraildə səfirliyimiz açılsın!

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Azərbaycanın Kuba Respublikasında səfirliyinin açması ilə bağlı məsələ müzakirə olunub, yüksək qiymətləndirilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, komitə sədri Səməd Seyidov bu qərarın əhəmiyyətindən bəhs edib.

Çıxış edən deputat Sabir Rüstəmxanlı Azərbaycanın dost ölkə olan İsraildə səfirlik açmasını təklif edib.

O, müsəlman qonşumuz İranın işğalçı Ermənistana yardım göstərməsinə etiraz edib:

“İran 35 milyon insana hörmət qoymayaraq, Ermənistana silah daşımaqla məşğuldur. Üstəlik, bu ölkədə topantı keçirilir və Azərbaycanın atəşi dayandırması, geri çəkilməsi çağırışı edilir. Bizim qonşumuz, həmişə sayğı ilə yanaşdığımız, münasibətləri inkişaf etdirmək istədiyimiz müsəlman ölkəsi İran dayanmadan işğalçı Ermənistana kömək edir”.

Deputat sonda bildirib ki, biz növbəti səfirliklərimizdən birini İsraildə açmalıyıq.

Deputat Fəzail Ağamalı da İsraildə səfirliyimizin açılmasını zəruri sayıb:

“İsrail dövləti ilə son dərəcədə yüksək səviyyədə əlaqələrimiz var. Bu gün İsraillə Azərbaycan arasında əlaqələrin daha yüksək səviyyədə qurulması üçün İsraildə səfirliyimizin açılmasına ehtiyac var. Onların bizdə səfirliyi var, bizim də İsraildə səfirliyimiz olmalıdır”.

F.Ağamalı sədrdən xahiş edib ki, bu xahişi lazımi ünvanlara çatdırsın.

Tarix
2020.09.30 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla