Yuxarı

Daha bir şirkət Orduya pul köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ESTET MMC şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat köçürüb.

Bu barədə Axar.az-a şirkətin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ESTET MMC Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda ağır döyüşlərin getdiyi bu ərəfədə hər bir vətəndaşın, hər bir qurumun əsgər kimi çalışmalı olduğuna inanır:

"Hər kəs peşəsindən, sosial statusundan asılı olmayaraq Azərbaycanın haqlı davasında dövlətinin yanında olmalıdır. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti böyük fəxrlə yerinə yetirməlidir".

ESTET MMC-nin əməkdaşları Ali Bas Komandan cənab İlham Əliyevin ilk cagırışı ilə əllərindən gələni etməyə hazır olduqlarını bəyan edirlər:

“Vətənimizin əzəli torpaqlarının işğaldan azad olunması üçün gedən müharibədə ESTET şirkəti olaraq, biz də öhdəmizə düşəni etməyə hazır olduğumuzu göstərmək, Azərbaycan Ordusunun hərbi potensialının, maddi-texniki təchizatının, döyüş qabiliyyətinin daha da güclənməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait köçürdük. İnanırıq ki, Azərbaycan Ordusunun qələbəsi üçün hər kəs əlindən gələni edəcək”, - deyə şirkətdən bildirilib.

İllərdir ölkəmizinin inkişafına öz töhfəsini verən ESTET MMC şirkəti iş adamlarına, imkanlı şəxslərə müraciət edərək, Vətənimizin ərazi bütövlüyünün bərpası üçün əllərindən gələni əsirgəməməyə çağırır. Bundan başqa, ESTET MMC-nin 3 əməkdaşı bu gun Qarabağın azad olunması üçün döyüşlərə yollanıb. “Onların maaşları saxlanılacaq. Bundan sonra döyüş əməliyyatları bitənə və ailələrinə geri dönənə qədər ehtiyacları sirkətimiz tərəfindən qarsılanacaq”, - deyə qurumun məlumatında vurğulanır.

Torpaqlarımızın azad olunması üçün ordumuza dəstək olaq. Qələbə xəbərlərini eşidəcəyimiz günlər yaxındadır! Qələbə bizimlədir!

Tarix
2020.09.30 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla