Yuxarı

Erməni mərmisi rus əsilli Azərbaycan vətəndaşının evinə düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mərmisi rus əsilli Azərbaycan vətəndaşının evinə düşdü

Ermənistan silahlı qüvvələri bu gün saat 15:00 radələrində Tərtərin Yenikənd kəndini artilleriya atəşinə tutub.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Artilleriya atəşi zamanı Yenikənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisi düşüb. Nəticədə həyətdə olan yardımçı tikili dağılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Tarix
2020.09.30 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla