Türkiyənin paytaxtı Ankarada təhsil alan 3 azərbaycanlı
tələbə yoxa çıxıb.
Artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin
tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı
şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı
gəncdən xəbər yoxdur. Yerli hüquq-mühafizə orqanları, tələbələrin
valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları
itən tələbələrin axtarışı ilə məşğuldurlar. Türkiyədə təhsil alan
tələbələrdən aldığımız məlumata görə, həmin gənclər solçu qanad
sayılan, Kürd partiyasını dəstəkləyən kommunistlərin dəstəyi ilə
seçiliblər. Həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda
"1 May zəhmətkeşlərinə dəstək" şüarı altında keçirilən aksiyada
həbs olunubmuş.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri
Nəcibə Nəsibova ANS-ə bildirib ki, səfirliyə yalnız bir nəfər -
Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi
barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər
barədə rəsmi məlumat yoxdur.
Nəcibə Nəsibova onu da əlavə edib ki, onunla universitetdə olan
tələbələr gənclərin oturub-durduğu şəxslərin kommunistlərə bağlı
olduğunu deyib. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb
olsun. Ciddi şəkildə axtarışlar gedir.