Yuxarı

Yollara Avropa Oyunlarının loqotipi çəkiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yollara Avropa Oyunlarının loqotipi çəkiləcək

Bakıda I Avropa Oyunları ərəfəsində əsas yol şəbəkəsində yol nişanlarının, göstərici lövhələrin quraşdırılması və xətləmə işləri həyata keçirilir.

Report xəbər verir ki, idmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrin hərəkət edəcəyi yol şəbəkəsi boyu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırır və nişanlama xətlərinin çəkilməsi işini aparır.

Qeyd edək ki, əsas yol şəbəkəsində eni 3,75 metr olan "Oyunlar zolağı" ayrıca işarələnəcək, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi "Oyunlar zolağı"na nəzarət edəcək və kənar maşınların bu zolaq ilə hərəkəti tam məhdudlaşdırılacaq.

Tarix
2015.04.27 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla