Yuxarı

BERNAMA Gəncədəki erməni vəhşiliyindən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun bir gün əvvəl elan edilmiş humanitar atəşkəsi pozaraq Azərbaycanın Gəncə şəhərinə raket hücumu etməsi nəticəsində azı 9 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə şəhərinə Ermənistan ordusunun gecə saat 2:00 radələrində raket hücumu barədə məlumatı öz Tvitter səhifəsində yerləşdirib. Raket əhalinin sıx yaşadığı çoxmənzilli binaya düşüb.

Qeyd edilib ki, həmin hücum Moskvada Rusiyanın iştirakı ilə əldə edilən humanitar atəşkəsdən bir gün belə keçməmiş baş verib.

Məlumatda Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ordusunun atəşkəs barədə razılaşmanı kobud şəkildə pozması barədə bəyanatı da əksini tapıb. Bildirilib ki, Azərbaycan ordusu bütün gecə düşmən tərəfin Hadrut və Cəbrayıl istiqamətlərində hücumlarının da qarşısını alıb.

Tarix
2020.10.12 / 01:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla