Yuxarı

Prezident təqaüdü alanların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident təqaüdü alanların sayı açıqlandı

Ölkədə prezident təqaüdü alanların sayı 53 mindən çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, ölkə prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən, nazirlik tərəfindən Prezident təqaüdü təyin olunaraq ödənilən şəxslərin sayı hazırda 53012 nəfər təşkil edir.

Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlarla ötən ilin aprel ayının əvvəlindən ayrı-ayrı təbəqələrdən olan vətəndaşlara təyin olunmuş Prezident təqaüdlərində əhəmiyyətli artımlar edilib. Bununla da ötən ilin ilk rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% çox olub. Eyni zamanda, ötən il aprelin 1-dən I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara, cari ilin əvvəlindən isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də Prezident təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 18136 nəfər (52%), bu təqaüdlər üçün dövlət büdcəsindən yönəldilən vəsait isə 5,3 milyon manat və ya 35,4% artıb.

Tarix
2015.04.29 / 15:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla