Yuxarı

Şəhərlərarası taksilər kəskin bahalaşdı – DANX-dan çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə son vaxtlar cərəyan edən hadisələrdən sonra bəzi taksi sürücüləri bundan sui-istifadə etməyə çalışırlar. Həm pandemiya səbəbindən şəhərlərarası avtobuslar işləmədiyi üçün, həm də cəbhədə baş verən hadisələrlə əlaqədar taksilərə tələbatın artmasından istifadə edən bəzi sürücülər şəhərlərarası qiymətləri 2-3 qat artırıb. Bu isə vətəndaşların haqlı etirazına səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, qanunvericilikdə taksilərlə bağlı müəyyən bir tarif tətbiq edilmədiyi üçün gediş haqqını sürücülər özü müəyyənləşdirir:

“Qanunvericilikdə bu gün taksilərə hər hansı tarifin tətbiq edilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən onlara qiymətlərin qaldırılmasına və yaxud aşağı salınmasına görə hər hansı cəza verilməsi aidiyyəti üzrə müəyyənləşdirilməyib. Belə bir qayda yoxdur. Bu kimi hallar belə həssas dönəmlərdə taksi sürücülərinin vicdanına və ədalətinə qalan məsələdir. Biz də onlara səslənirik ki, həm pandemiya, həm də hərbi vəziyyət dövründə qiymət artımına yol verməsinlər. Bu dövrdə hər kəsi bir olmağa səsləyirik”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, bu kimi hallardan sui-istifadə edilməməsi üçün aidiyyəti qurumlar bunu tənzimləyən mexanizm tətbiq etməlidir:

“Bu, daha çox mənəvi məsələdir. İnsanlar gərək başqalarının yüklənməsinə və xərcə düşməsinə imkan verməsinlər. Bu gün insanlar əsgərlərimizə təmənnasız maddi və mənəvi yardımlar edirlər və dəstək olurlar. Həmçinin həkimlərimizin fədakarlığı da bu qəbildəndir. Qiymətlərin bu qədər artırılması soyğunçuluğa gətirib çıxarır. Müvafiq qurumlar bunu tənzimləməlidir və ən azı maarifləndirici iş aparmalıdırlar ki, belə hallardan sui-istifadə halları olmasın. Düzdür, bununla bağlı xüsusi mexanizm yoxdur və taksiometrlərdən istifadə edilmir. Gediş haqları sövdələşmə ilə nəzərdə tutulur. Bu sövdələşmələrdə isə minumum və maksimum qiymətlər müəyyən olunmalıdır ki, o hədd keçilməsin”.

Tarix
2020.10.14 / 14:23
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla