Yuxarı

Bu şagirdlər əyani tədrisə cəlb ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şagirdlər əyani tədrisə cəlb ediləcək

Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu növbəti müddətdə COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nazirlik tərəfindən ümumi təhsil müəssisələrində COVID-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.

Tarix
2020.10.14 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla