Yuxarı

Qələbə istəyirsiniz? Onda 3M qaydasına əməl edin! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qələbə istəyirsiniz? Onda 3M qaydasına əməl edin! - Video

10:53

Koronavirus hələ bitməyib, amansız xəstəlik davam edir, can alır. Həkimlərimiz əzmlə virusa yoluxanları sağaltmağa çalışır. Vətən müharibəsində uğurlara hamımız sevinirik, amma unutmamalıyıq ki, virus yayılsa, bu həm ölkəmizə, həm də əsgərimizə təhlükədir.

Axar.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, ailəsindən kiminsə virusa yoluxduğunu öyrənən əsgər narahat, fikirli olacaq:

“Unutmamalıyıq ki, virus yayılsa, həkimlərimiz yaralı əsgərlərlə yanaşı, yoluxan xəstələrə də kömək etməli olacaq. Bu isə hansısa bir əsgərimizin həyatını itirməsinə səbəb ola bilər.

Bu mənada bu gün hər bir vətəndaşın koronavirusa yoluxmaması üçün riayət etməli olduğu çox sadə qaydalar var. Gəlin yadda qalsın deyə, adını 3M qaydası qoyaq:

1. Maska

2. Məsafə

3. Məhlul (dezinfeksiya məhlulu).

Əgər bu gün Ordumuza, əsgərə kömək etmək istəyiriksə, 3M qaydasına əməl edək! Unutmayaq ki, karantinin yenidən sərtləşməsi həm də iqtisadiyyatımızın zəifləməsi deməkdir. Qələbə bahalı nemətdir. Bizə bundan sonra daha çox vəsait, daha güclü iqtisadiyyat lazım olacaq.

Qələbə bizim olacaq! Qələbədən sonra Azərbaycan daha güclü olmağa məhkumdur!”

Tarix
2020.10.16 / 12:33
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla