Yuxarı

Düşmən Suqovuşanda bütün avadanlığı yararsız hala salıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən Suqovuşanda bütün avadanlığı yararsız hala salıb

Şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bir sözlə, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Axar.az xəbər verir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib.

Onun sözlərinə görə, Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin işçiləri tərəfindən su anbarına baxış keçirilib. Su anbarına baxış zamanı məlum olub ki, erməni faşistləri tərəfindən hidroqovşağda suyun idarəolunmasını təmin edən bütün hidrotexniki və elektrik avadanlıqları yararsız hala salınıb.

“Lakin, bu, biz melioratorları ruhdan salmır. Çünki biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Suqovuşan hidroqovşağı və onunla yanaşı Tərtərçay suvarma sistemi də yenidən bərpa edilərək əvvəlki vəziyyətindən də yaxşı hala salınacaq. Nəinki Suqovuşan irriqasiya kompleksi, eləcə də işğaldan azad olunacaq digər su təsərrüfatı obyektlərimiz də yenidən təmir olunacaq, torpaq və su istifadəçilərin ixtiyarına veriləcək. Qarabağ torpağı bərəkətli torpaqlardır. Həmişə bu torpaqlardan bol məhsul götürülüb. Bundan sonra biz buradan daha bol məhsul əldə edəcəyik", - deyə Emil Hacıyev bildirib.

Tarix
2020.10.16 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla