Yuxarı

ADU-nun I kurs tələbələri ilə tanışlıq görüşü keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-nun I kurs tələbələri ilə tanışlıq görüşü keçirildi - Foto

Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib. Fakültə dekanları, kafedra müdirləri və universitetin digər professor-müəllim heyəti ölkənin qabaqcıl universitetlərindən biri olan ADU-nu seçdiklərinə görə tələbələrə, onların valideynlərinə və bu seçimdə dəstək olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Axar.az xəbər verir ki, görüş zamanı gənclərə ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın tələbə adını qazanmaqları münasibətilə onlara ünvanlanan təbrikləri çatdırılıb.

Universitetin peşəkar professor-müəllim heyətindən bəhs edən dekanlar tələbələrin etimadını doğrultmaq üçün daim ən yaxşısını edən ADU-da yüksək səviyyədə təhsil vermək üçün mövcud təhsil və tədris sistemi, kredit sistemi ilə tədrisin təşkili, fakültələrin və dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti, tələbələrin biliyinin qiymətləndirilməsi, daxili nizam-intizam qaydaları haqqında məlumat veriblər. Ali təhsil müəssisəsində imtahanların mərkəzləşdirilmiş qaydada təşkil olunduğu və ictimaiyyətə açıq keçirildiyi də vurğulanıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2020/2021-ci tədris ilində ADU-ya qəbul göstəricisi 95,37 faiz olub, ümumilikdə təhsilin bakalavr səviyyəsi üzrə universitetin I kursuna 1607 nəfər qəbul olunub.

Tarix
2020.10.16 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla