Yuxarı

İsveçrədə İrəvanın yalanları ifşa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova milli və beynəlxalq səviyyədə bu ölkənin ən böyük radiosu hesab edilən “RTS”ə Ermənistanın Azərbaycana qarşı təcavüzü və hazırda gedən döyüşlər barədə müsahibə verib. Müsahibə dinləyicilərin radionu ənənəvi olaraq ən çox dinlədiyi “əsas vaxt”ında efirə çıxıb.

Axar.az xəbər verir ki, müsahibədə əvvəlcə Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasına toxunulub. Səfir Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətraf 7 rayonun 30 ilə yaxındır Ermənistanın işğalı altında olduğunu, bu münaqişədə Ermənistanın təcavüzkar və işğalçı dövlət kimi qəbul edilməsinin vacibliyini dinləyicilərə çatdırıb. Bildirib ki, Azərbaycan tərəfi Moskva görüşündə konstruktiv şəkildə iştirak edib, atəşkəsə hörmət edəcəyi ilə bağlı öhdəlik götürüb. Azərbaycanın ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bildirən səfir X.İbrahimova Ermənistanın tamamilə fərqli mövqe tutduğunu, humanitar atəşkəsdən bir neçə saat sonra ölkəmizin ikinci böyük şəhəri Gəncənin ballistik raketlə vurduğunu, nəticədə 10-dan çox mülki şəxsin qətlə yetirildiyini, çox sayda insanların yaralandığını bildirib. Qeyd edib ki, oktyabrın 14-nə olan statistikaya əsasən, yaşlılar və uşaqlar daxil olmaqla, Ermənistan tərəfindən 43 azərbaycanlı mülki şəxs öldürülüb, 214 nəfər müxtəlif növ bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Səfir vurğulayıb ki, dinləyicilərin Ermənistanın işğalçı və təcavüzkar olmasını anlamaları çox vacibdir. Qeyd olunub ki, Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistanın BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, eləcə də əldə olunmuş atəşkəsi pozması məyusedicidir. Ermənistan beynəlxalq birlik tərəfindən ciddi şəkildə qınanmalıdır. Otuz ilə yaxın davam edən danışıqların, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin heç bir nəticə vermədiyini qeyd edən səfir Ermənistanın məqsədinin status-kvonu saxlamaq və işğalı davam etdirmək olduğunu diqqətə çatdırıb.

Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara həmişə sadiq qaldığını vurğulayan səfir X.İbrahimova Ermənistan rəhbərliyinin bu prosesi alt-üst etdiyini, Ermənistan ordusu tərəfindən cari ilin iyul, avqust və son olaraq sentyabr aylarında ölkəmizə qarşı təxribatların həyata keçirilməsi barədə dinləyicilərə ətraflı məlumat verib. Bu kontekstdə Azərbaycanın öz xalqını, ərazilərini qorumaq üçün əks-hücuma keçdiyini bildirib.

Türkiyənin müharibədə iştirakı ilə bağlı məsələyə toxunan səfir qardaş ölkənin müstəqilliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün qorunmasında və iqtisadi potensialımızın artırılmasında əsas rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Türkiyədən heç bir hərbi yardım almayıb, buna ehtiyac da yoxdur. Diqqətə çatdırılıb ki, Türkiyə Azərbaycana, sadəcə olaraq, mənəvi, diplomatik və siyasi dəstək verir. Bu barədə yayılan məlumatlar erməni təxribatlarından başqa bir şey deyil.

Suriyalı muzdluların ölkəmizə göndərilməsi ilə bağlı iddiaları da canlı yayımda ifşa edən səfir İbrahimova Azərbaycanın kifayət qədər güclü və təcrübəli Ordusunun olduğunu diqqətə çatdırıb. Belə xəbərlərin Ermənistan rəhbərliyi və diasporu tərəfindən yayılan uydurma, saxta məlumatlar olduğunu vurğulanıb. Sonra diplomat Ermənistanın xarici muzdlulardan “könüllü döyüşçülər” adı altında istifadə etdiyi diqqətə çatdırılıb, bu faktı sübut edə biləcək kifayət qədər dəlilin olduğunu bildirib.

Radio aparıcısının Azərbaycanın İsveçrədən indiki məqamda nə gözləməsi ilə sualına cavab olaraq səfir X.İbrahimova bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, işğal edilmiş ərazilərimizdə yaradılan “qondarma” rejimi tanımadığını vurğulayıb. Eyni zamanda, dinləyicilərin diqqətinə çatdırılıb ki, dünyanın heç bir dövləti “qondarma” rejimi tanımır. O bildirib ki, İsveçrə bir neçə dəfə sülh danışıqları üçün platforma təqdim edib və bu xüsusda, onun oynaya biləcəyi rollardan biri də Ermənistana beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının qərarlarına hörmət göstərilməsi ilə bağlı çağırışın edilməsi olardı.

Tarix
2020.10.16 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla