Yuxarı

Göyçayda dəhşətli qəza: 3 nəfər öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda dəhşətli qəza: 3 nəfər öldü

Göyçayda minik və yük avtomobilləri toqquşub, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası Qaraməryəm-İsmayıllı yolunun 3-cü kilometrliyində, Göyçay rayonunun Yekəxana kəndi ərazisində qeydə alınıb.

VAZ-21099 markalı minik və "Şaqman" markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər - 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.

Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2020.10.17 / 12:08
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla