Yuxarı

BAXCP-dən Gəncə ilə bağlı çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BAXCP-dən Gəncə ilə bağlı çağırış

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Gəncənin növbəti dəfə raket atəşinə tutulması və çoxsaylı mülki vətəndaşların qətlə yetirilməsi, yaralanması ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda deyilir:

“BAXCP cəbhədə ağır məğlubiyyətlərdən quduzlaşmış və baş tutmamış erməni terror dövləti tərəfindən çoxsaylı dinc saknlərin, o cümlədən qadın və uşaqların ölümünə səbəb olan Azərbaycanın yaşayış məntəqələrinin ağır silahlarla atəşə tutulmasını və Gəncə şəhərinin ballistik raketlə növbəti dəfə vurulmasını hiddətlə qınayır, sivil dünyanı bu vəhşiliyi durdurmaq üçün öz etiraz səsini ucaltmağa və təsirli tədbirlər görməyə çağırır.

BAXCP hesab edir ki, Ermənistanın bu azğınlığı Qarabağı ilhaq etmək istəyərən Ermənistandan 240 min, Azərbaycanın Qarabağ və ətraf rayonlarından 760 min insanı etnik təmizləmə siyasəti nəticəsində ev-eşiyindən qovmasına, Azərbaycanın 20% torpaqlarını 30 ildən artıq işğal altında saxlamasına, Xocalıda genosid törətməsinə dünya birliyinin cavab verməməsindən qaynaqlanır.

Biz Azərbaycan hökumətini və qanunlara sayğı ilə yanaşan bütün demokratik dünyanı bu ağır müharibə cinayətlərini lənətləməklə kifayətlənməməyə, dərhal təqsirkarların müəyyən edilib cəzalandırılması məqsədilə beynəlxalq hərbi tribunal yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”.

Tarix
2020.10.17 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla