Yuxarı

Bakıda 20 yaşlı bərbər məktəbli qızı öldürdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 20 yaşlı bərbər məktəbli qızı öldürdü - Foto

Bakıda 20 yaşlı gənc məktəbli qızı öldürüb.

APA TV-nin məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi, 81 ünvanında qeydə alınıb.

Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İzzət Hüseynov tutulub. O, ilkin ifadəsində bildirib ki, Aytac Babayevanı sevsə də, ailəsi qızı dayısı oğlu ilə evləndirmək niyyətində imiş. 20 yaşlı gəncin sözlərinə görə, Aytac Babayevanı "ondan başqasına qismət olmaması" üçün öldürüb.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Tarix
2015.04.30 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla