Yuxarı

Tapqaraqoyunlunun qaz təchizatı bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tapqaraqoyunlunun qaz təchizatı bərpa edilir

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq sentyabrın 27-dən qaz təchizatı dayandırılan Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində bu gün baş vermiş fəsadların ləğvi ilə bağlı təmir-bərpa işlərinə başlanılacaq.

Bu barədə Axar.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, oktyabrın 17-də düşmənin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır.

Xatırladaq ki, ümumilikdə 150 abonentin qazla təminatı məhdudlaşdırılmışdı. Hazırda 100 abonentdən 88-nin qaz təchizatı bərpa edilib, qalan 12 abonentdən 5-nin fərdi yaşayış evləri tamamilə dağılıb, ünvan yoxdur, 7 abonentin fərdi yaşayış evlərinin isə konstruktiv elementləri yararsız vəziyyətə düşüb. Yerdə qalan 50 abonentin qazla təminatı məsələləri bu gün nəzərdən keçiriləcək. İlkin mərhələdə məlum olub ki, bu 50 abonentdən 4-nün fərdi yaşayış evi tamamilə dağılıb və artıq ünvan yoxdur.

Tərtər rayonu üzrə 30 kəndin (6 316 abonent) qaz təchizatı bərpa edilib, Tərtər şəhəri və 21 kənddə isə hələlik məhdudiyyət qalmaqdadır.

Ağcabədi rayonu üzrə 25 yaşayış məntəqəsi, Ağdam rayonu üzrə isə 14 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Yerdə qalanlarında təhlükəsizlik tədbirləri və ya təmir-bərpa işlərinin hələlik aparılması mümkün olmadığından məhdudiyyət tətbiq edilib.

Onu da qeyd edək ki, Füzuli, Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin olunur.

Tarix
2020.10.20 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla