Yuxarı

“Nar” gəncəliləri ödənişsiz dəqiqələrlə təmin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” gəncəliləri ödənişsiz dəqiqələrlə təmin etdi

“Nar” Gəncədə yaşayan abunəçilərini ödənişsiz danışıq dəqiqələri ilə təmin edib.

Axar.az xəbər verir ki, doğmaları ilə rahatlıqla ünsiyyət qura bilmələri üçün Gəncədə yaşayan bütün “Nar” abunəçilərinin balansına mobil operator tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

Qeyd edək ki, mobil operator bundan öncə də cəbhəyanı ərazilərdə olan istifadəçilərinə dəstək olmaq və onların ruh yüksəkliyinə töhfə vermək məqsədilə, Milli Müstəqillik Günündə minlərlə “Nar” ödəmə kartlarının və Azərbaycan bayraqlarının paylanılmasını təşkil edib. Eyni zamanda cəbhəyanı rayonlarda yaşayan abunəçilərin balansına “Nar” tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

“Nar” bundan sonra da sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə zərərçəkmiş əhaliyə dəstəyini davam etdirəcək. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində haqq mübarizəmizin qələbə ilə başa çatacağına və işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik. Qələbə bizimdir!

Tarix
2020.10.20 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla