Yuxarı

Zaqatala bazarı dezinfeksiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Axar.az xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Zaqatala şəhərində əhalinin daha çox istifadə etdiyi kənd təsərrüfatı məhsullarının satışı bazarında sanitar-təmizlik işlərinə nəzarət gücləndirilib. Oktyabrın 21-də bazarda növbəti dəfə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və əlaqədar dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən dezinfeksiya işləri zamanı bazarın giriş və çıxışları, satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub, dərmanlanıb, ərazidə təmizlik işləri aparılıb.

İnsanların sağlamlığının qorunması və əhalinin təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Tarix
2020.10.21 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla