Yuxarı

Tovuz sakini həmyerlisini təpiklə vurub öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuz sakini həmyerlisini təpiklə vurub öldürdü

Tovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun “nazik bağırsağın zədələnməsi” diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2020.10.21 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla