Yuxarı

Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında - Aksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında onlayn aksiya keçirilib. Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib.

Axar.az xəbər verir ki, aksiya zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliyinin elektron poçt ünvanına öncədən rus və ingilis dilində hazırlanıb, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumatlar və fotolar göndərilib.

Aksiyanın keçirilməsində əsas məqsəd Ermənistan ordusunun ağır müharibə cinayəti törədərək yaşayış məntəqələrimizi atəşə tutması, xüsusilə, ermənilər tərəfindən Gəncədə törədilən qətliam barədə dünya dövlətlərinə məlumat verməkdən ibarətdir.

Göndərilən məlumatlarda bildirilib ki, ermənilər döyüş bölgəsindən yüzlərlə kilometr məsafədə yerləşən Gəncəni, Mingəçeviri, Xızını, Ordubadı, Abşeronu raket atəşinə tutur, dinc sakinlərə qarşı apardığı soyqırımı siyasətini davam etdirirlər. Ümumilikdə, sentyabrın 27-dən bu günə qədər Ermənistan ordusunun hücumları nəticəsində 60-dan çox mülki şəxs qətlə yetirilib, 280-dən çox insan isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1846-a çatıb. Erməni faşizminin təzahürü olaraq bu rəqəmlər hər gün, hər saat dəyişir.

Qeyd edək ki, “Naxçıvan Xəbərləri” Media Qrupunun təşkilatçılığı ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Şərq qapısı” qəzetinin, Azərtac--ın Naxçıvan Bürosunun, “Şərqin səhəri” qəzetinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və digər təşkilatların əməkdaşları, tələbələri və könüllü gənclər iştirak ediblər.

Tarix
2020.10.22 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla