Yuxarı

Metro bağlandı, taksi qiymətləri yenidən artdı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro bağlandı, taksi qiymətləri yenidən artdı - Açıqlama

Paytaxtda karantin tədbirləri çərçivəsində Bakı metrosunun bağlanması ilə əlaqədar taksilərə olan tələbat yenidən artıb. Bu isə bəzi taksi şirkətlərinin mövcud vəziyyətdən sui-istifadə edərək, süni qiymət artımına yol verməsinə səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, belə hallardan daha çox sui-istifadə edən arxasında erməni mənşəli iş adamlarının dayandığı “Maksim”, “Uber” kimi taksi şirkətləridir:

“Ölkədə taksi fəaliyyəti ilə bağlı müəyyən boşluqlar var və bu boşluqlar bu gün də müəyyən problemlərə gətirib çıxarır. Qanunvericilikdə taksi qiymətinin minimum və maksimum həddi müəyyənləşdirilməyib. Düzdür, dünyanin bir çox ölkəsində taksi qiyməti günlərə və saatlara görə tənzimlənir. Bizdə belə qayda yoxdursa, taksi şirkətlərinin bundan sui-istifadə etməsi düzgün deyil. Bu cür fəaliyyət göstərsələr belə, elə etmək lazımdır ki, pik saatlardakı qiymət adi vaxtlarda olan qiymətdən çox fərqlənməsin. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu hallara daha çox erməni mənşəli iş adamlarının arxasında dayandığı şirkətlərdə rast gəlinir. Günün müxtəlif saatlarında bu şirkətlərdə 15-20 faiz artım qeydə alınır. Onlar bu gün bazarda qiymət siyasəti yürüdür, qiyməti tənzimləyir. Hesab edirəm ki, belə şirkətlərin qarşısı mütləq alınmalıdır”.

Tarix
2020.10.22 / 17:08
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla