Yuxarı

Erməni görünən düşməndir, koronavirus görünməyən...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni görünən düşməndir, koronavirus görünməyən...

Koronavirusa qarşı mübarizədə hər birimiz qaydalara əməl etməliyik. Nəzərə almalıyıq ki, ordumuza dəstək baxımdan çox vacibdir. Çünki virusa yoluxan vətəndaşlarımızın sayının artması həm çarpayı sayına, həm də həkimlərimizin virusa yoluxmuş vətəndaşlarımıza kömək göstərməsinə səbəb olur.

Axar.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Gün ərzində 700-dən artıq vətəndaşımız virusa yoluxub, cəmi 100-dən artıq vətəndaşımız sağalırsa deməli təxminən, 600 nəfərlik bir fərq var. Bu o deməkdir ki, 600 çarpayı həmin virusa yoluxmuş vətəndaşlarımız üçün ayrılır, onlara baxmaq üçün həkimlərə ehtiyac olur. Nəzərə alsaq ki, Azərbaycan savaş aparır, savaşda yaralananlar var. Eyni zamanda mülki yaralananlarımız var onlara da çarpayı, həkim lazımdır. Ona görə də koronavirusa qarşı mübarizədə virusa yoluxmamaq, həm də bizlərin orduya dəstəyi çox vacibdir. Ona görə də hər bir vətəndaşımızın bu məsələdə diqqətli olması, virusa qarşı qaydalara əməl etməsi çox vacibdir. Hər birimiz bunu nəzərə almaqla, koronavirusa yoluxma sayını azaltmaqla ordumuza və bizi gözləyən böyük qələbəyə dəstək olmuş olarıq. Düşünürəm ki, hər bir vətəndaşımızın bu məsələdə həmrəylik nümayiş etdirib qeyd edilən qaydalara əməl etməklə virus sayının azaldılmasına, minimumlaşdırılmasına nail olmasına çalışmalıdır".

Tarix
2020.10.22 / 18:31
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla