Yuxarı

Gəncədə son durum - İH-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə son durum - İH-dən açıqlama

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin 5 dəfə terror törətdiyi Gəncə şəhərində vəziyyət stabildir.

Gəncə şəhər İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, hazırda şəhərdə həyat öz axarı ilə davam edir, əhali arasında heç bir ruh düşkünlüyü yoxdur.

“Dəfələrlə erməni təcavüzünə məruz qalsa da, əhali Azərbaycan Ordusuna inanır. Əhali anlayır ki Ermənistan döyüş meydanında uduzduğu üçün mülki insanları hədəf alır, terror vasitəsilə Azərbaycana təsir etməyə cəhd edir. Amma Gəncə əhalisi daim Ali Baş Komandanın, Azərbaycan Ordusunun yanındadır. İnanırıq ki, torpaqlarımız tezliklə tam olaraq işğaldan azad olunacaq və ərazi bütövlüyümüz təmin ediləcək. Hazırda şəhər ərazisində vəziyyət tam normaldır, əhali gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində sərnişin marşrutları da fəaliyyətini davam etdirir, evlərini tərk edib başqa ərazilərə köçən yoxdur”, məlumatda bildirilib.

Qeyd edilir ki, ermənilərin atdıqları raketlər nəticəsində evləri dağılan və həlak olanların ailə üzvləri diqqətdə saxlanılır, onların problemləri ilə diqqətdə saxlanılır:

“Müvəqqəti sığınacaqlarda yerləşdirilən ailələrə tez-tez baş çəkilir, problemləri ilə maraqlanılır”.

Xatırladaq ki, sentyabrın 27-dən bu günə qədər Ermənistan Gəncə şəhərini 5 dəfə raket atəşinə tutub. Azərbaycan Hərbi Hava Qüvvələrinin səyi nəticəsində ermənilərin 2 həmləsinin qarşısı alınıb.

Tarix
2020.10.23 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla