Yuxarı

Qax və Zaqatalanın giriş-çıxışlarında postlar quruldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qax və Zaqatalanın giriş-çıxışlarında postlar quruldu

Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə oktyabrın 24-ü gecə saat 00:00-dan etibarən respublikanın daha bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, COVİD-19 virusunun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Zaqatala və Qax rayonlarının giriş və çıxışlarında da xüsusi karantin postları qurulub.

Postlarda polis şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparırlar. Həmçinin rayonların daxilində polis naryadları tərəfindən ictimai iaşə müəssisələrində, insanların daha çox toplaşdığı ərazilərdə nəzarət-profilaktiki tədbirlər keçirilir.

Sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi, tətbiq olunan qaydalara ciddi riayət edilməsinin vətəndaşların sağlamlığının qorunması məqsədi daşıdığı sakinlərin diqqətinə çatdırılır.

Tarix
2020.10.24 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla