Yuxarı

Ermənilər döyüşdən yayınmaq üçün bu yola əl atır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər döyüşdən yayınmaq üçün bu yola əl atır

Son 5 gündə Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb - 18 oktyabrda cəmi 766 nəfər yoluxmuşdusa, dünən bu rəqəm 2474, bu gün isə 2213 nəfər olub. Bəli, dünyanın çox yerində, o cümlədən bizdə də mövsümlə əlaqədar yoluxma sayı artıb, amma cəmi 2 milyon əhalisi olan Ermənistanda son 5 gündə 2000 civarında yoluxma halının olması maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Ekspert artıq bir müddətdir səsləndirilən məlumatlara toxunub:

“Bəzi məlumatlara görə Qarabağda ağır hərbi məğlubiyyətlə üzləşən, böyük itgilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir - rüşvətlə, ya tanışlıqla COVİD testini “pozitiv” yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər. Testi “pozitiv” çıxanları orduya aparmırlar, bu ehtimalı gücləndirən daha bir fakt odur ki, son 5 gündə testi “pozitiv” çıxanların çoxu 20-55 yaş arası kişilərdir. Əgər belədirsə, deməli Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər - düz edirlər, zatən artıq hər şey bitib, tam Qələbəyə az qalıb!

Allah Əsgərimizi və Ordumuzu qorusun!”

Tarix
2020.10.24 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla