Yuxarı

İsveçdə aksiya: Erməni təcavüzünə son!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçdə aksiya: Erməni təcavüzünə son!

İsveç Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi “T-Central”dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, azərbaycanlı icmanın iştirakı ilə baş tutan yürüş zamanı aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “Erməni təcavüzünə son”, “Biz ədalət istəyirik!” kimi şüarlar diqqətə çatdırılıb.

Yürüş aksiyasından sonra Qarabağ məktəbində anım mərasimi təşkil edilib. Tədbirdə iştirak edənlər Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini ehtiramla yad edib, erməni terrorunu lənətləyiblər.

Tarix
2020.10.26 / 05:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla