Yuxarı

Prezident İlham Əliyev tarixi ədaləti bərpa edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasınını Prezidenti İlham Əliyev bu gün xalqa növbəti müraciətində Qarabağın erməniləşdirilməsinin və eləcə də münaqişənin tarixi xronologiyasına qısa nəzər salmaqla, Azərbaycanın və azərbaycanlıların bu məsələdə üzləşdiyi tarixi ədalətsizliklərdən bəhs etdi. Prezident İlham Əliyev öz müraciətində xüsusi vurğuladı ki, Dağlıq Qarabağda ermənilərə məxsus statusun yaradılması ilə bağlı tarixin müəyyən mərhələlərində dəfələrlə cəhdlər edilmişdir. Ermənilər və onların havadarları mərhələlərlə, addım-addım bu və ya digər dərəcədə öz iyrənc məqsədlərinə nail olmuşlar. Lakin, bu vəhşi xislətlilərin son məqsəd kimi Dağlıq Qarabağı Azərbaycandan ayıraraq, onu ya Erminstana birləşdirmək, ya da ikinci müstəqil erməni dövləti yaratmaq ideyalarının qarşısında bu gün Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyev amili keçilməz dağ kimi dayanmışdı. Bəli, hər addımlarında məqamından yararlanmağa çalışan və çox vaxt da buna nail olan ermənilər, nəhayət öz istəklərinə nail oldular. Ümummilli Liderimiz Heydər Əliyev Moskvada siyasi hakimiyyətdən uzaqlaşdıqdan dərhal sonra, ermənilər nəinki Dağlıq Qarabağı, hətta çox qısa bir müddət ərzində onun ətrafında daha yeddi rayonu özlərninki edə bildilər.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, Qarabağ münaqişəsinin birdəfəlik həlli, ermənilərin işğal olunmuş torpaqlarımızdan çıxırlması istiqaməində çox ciddi səylər göstərdi. Lakin, bunun üçün nə zaman yetişmişdi, nə də Azərbaycan buna hazır idi. Bu istiqamətdə uzun yol keçmək, ciddi səylər sərf etmək lazım idi. Azərbaycanı bugünki güclü və qüdrətli, dünyanın ən sayılı ordularından birinə sahib, güclü iqtisadiyyata malik, beynəlxalq arenada müstəqil mövqeyə və güclü nüfuza malik Azərbaycan etmək üçün yol qət etmək lazım idi. Amma ömür vəfa etmədi.

Tarix nə qədər amansız olsa da, onun da öz qanunauyğunluqları var. Oğul İlham Əliyevi nəzərdə tutaraq, “Mən ona özüm qədər inanıram” deyən Ulu Öndərimiz bu seçimində də yanılmadı. Heydər Əliyev bu tarixi, şərəfli və müqəddəs missiyanın cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəyinə və qalibiyyətlə başa çatdırılacağına inanırdı. Azərbaycanın ötən 17 il ərzində keçdiyi möhtəşəm inkişaf yolu və bu gün Ulu Öndərimizin və xalqımızın Qarabağ arzusunun həyata keçirilməsi istiqamətində Ali Baş Komandanın atdığı addımlar həmin qərarın nə qədər tarixi olduğunu bir daha sübuta yetirir.

Bu gün Ali Baş Komandan Prezident İlham Əliyev xalqa müraciətində müzəffər Milli Ordumuzun uğurları, eləcə də ötən gün işğaldan azad edilmiş növbəti yaşayış məntəqələri haqqında sanki, ənənəyə çevrilmiş xoş müjdələri çatdırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox yaxın zamanlarda bütün işğal altında olan torpaqlarımızın azad olunacağına varlığı qədər inanır. Bu inamın arxasında xalqın iradəsi, Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun rəşadəti dayanır.

Qarabağ Azərbaycandır!

Hüseyn Paşayev

YAP Mətbuat Xidmətinin rəhbəri, YAP Siyasi Şurasınını üzvü

Tarix
2020.10.26 / 16:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla