Yuxarı

Əliyar Əliyevin oğlu: Atamın qanı yerdə qalmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyar Əliyevin oğlu: Atamın qanı yerdə qalmadı

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, əslən Qubadlıdan olan Emin Əliyev bu rayonun işğaldan azad olunması ilə bağlı təəssüratını bölüşüb.

Axar.az "Bizim media"ya istinadən xəbər verir ki, Emin Əliyev müharibə bitən kimi hər kəsi Qubadlıya dəvət edəcəyini, orda Qubadlı adəti ilə qonaqlıq verib, qurban kəsəcəyini deyir:

“Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi Birinci Qarabağ döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq.

Dağıdılmış da olsa, gedib öz evimizi görəcəm. Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. Qarabağın hər qarış torpağını geri qaytarandan sonra atam kimi yüzlərlə igid oğulun haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq”.

Sonda qəhrəman hərbçi bildirib:

"Mən döyüşçüyəm, torpaqlarımız düşmən tapdağından tam azad olunana qədər Ali Baş Komandanın əmrinə müntəzirəm. Qarabağ Azərbaycandır!"

Tarix
2020.10.26 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla