Yuxarı

Türkiyə idmançıları da Azərbaycana dəstək verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə idmançıları da Azərbaycana dəstək verdi - Foto

İşğal edilmiş torpaqların azad olunması üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana dəstək tədbirləri keçirilir. Bu dəfə Düzcə Hava İdman Klubunun üzvləri səmada Azərbaycan bayrağı dalğalandıraraq dəstək nümayiş etdiriblər.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, klub üzvlərinin həftəsonu keçirilən yarışları Azərbaycana həsr olunub.

Pilotlar Azərbaycan bayrağını dalğalandırıblar. Pilot Avni Uzun deyib ki, bu dəfəki tədbir digərlərindən fərqlənir. Belə ki, Azərbaycana dəstək olduqlarını ifadə etmək üçün Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da dalğalandırmaq qərarına gəliblər:

“Bununla Azərbaycandakı qardaşlarımıza dəstək olmağımızı çatdırmaq istəyirik. Bütün qəlbimizlə onlara dua edirik”.

Klubun rəhbəri Beçhan Esen isə deyib ki, idman klubu olaraq Azərbaycanın yanındadırlar. Türkiyənin milli futbol komandasının, həmçinin “Qalatasaray” klubunun keçmiş hücumçusu Ümid Karan da Azərbaycana dəstək mesajı göndərib. 44 yaşlı idmançı bildirib ki, Türkiyə bir dağ kimi Azərbaycanın arxasındadır.

Tarix
2020.10.26 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla