Yuxarı

Mehdiyevdən təklif: cinayət işi yox, təzminat tələb edək!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevdən təklif: cinayət işi yox, təzminat tələb edək!

Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən xarici şirkətlərə qarşı mülki iddia qaldırılaraq, təzminat tələb edilə bilər.

Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Baş Prokurorluğun Qarabağda qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki, hüquqi şəxslər barədə tədbirlər görüləcəyi ilə bağlı məlumatını şərh edərkən deyib.

O bildirib ki, bu şəxslərə qarşı Cinayət Məcəlləsinin “qanunsuz sahibkarlıq” maddəsi ilə də cinayət işi açıla bilər:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunsuz sahibkarlıqla bağlı maddə var. Baş Prokurorluq böyük ehtimalla həmin maddə ilə cinayət işi açacaq. Amma bu maddənin xarici şirkətlər üçün işləməsi ehtimalı azdır. Məsələn, Kəlbəcərdə qızıl yataqlarını işlədən Kanada şirkətinin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi elə də asan olmayacaq. Bu səbəbdən sözügedən maddə ilə açılan cinayət işinin nə dərəcədə perspektivli olacağını deyə bilmərəm. Amma bu şirkətlərə qarşı mülki iddia qaldırılarsa, onlardan təzminat almaq mümkündür. Çünki həmin torpaqlar beynəlxalq hüquqa görə bizim ərazimizdir. Dolayısı ilə orada iş görən hər hansı şirkət bizim qanunvericiliyimizə uyğun olaraq fəaliyyət göstərməli idi. İndiki halda isə onlardan kompensasiya istəniləndə yalnız ödəmədikləri vergiyə görə deyil, eyni zamanda Azərbaycana vurduqları maddi ziyana görə təzminat tələb edilə bilər. Yəni onlara işləməyə icazə verən və bundan gəlir əldə edən qondarma rejimin vurduğu ziyanın da tələb edilməsi mümkündür”.

Tarix
2020.10.27 / 14:06
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla