Yuxarı

Erməni vandalizminə qarşı bu ölkədə də aksiya keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni vandalizminə qarşı bu ölkədə də aksiya keçirildi

Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən “Place d'Armes” meydanında icazəli aksiya keçiriblər. Aksiya iştirakçıları işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərində və digər yaşayış məntəqələrində vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, Lüksemburqdakı azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların erməni silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulması Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətin davamı olduğu bildirilib. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa çağırıblar.

Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədilə meydana rəmzi olaraq ayaqqabılar düzülüb, şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı bukletlər paylanıb. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Gəncə cəbhə bölgəsi deyil”, “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Tarix
2020.10.27 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla