Yuxarı

Ermənistan vətəndaşlarını təhvil almaq istəmir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan vətəndaşlarını təhvil almaq istəmir - Foto

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına, eyni zamanda Cenevrə Konvensiyasının tələblərinə öz sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin başçısı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfinin humanist addım kimi Ermənistana aid 30 nəfər hərbçiinin meyitinin, eyni zamanda Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdən geri çəkildiyi zaman köməksiz halda buraxıb getdiyi 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif vermişdir: “Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilmiş görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, qarşı tərəfdən müsbət cavab verilməyib. Bunu beynəlxalq hüquq normalarına hörmətsizlik əlaməti olmaqla, eyni zamanda Ermənistan tərəfinin öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndiririk”.

Tarix
2020.10.27 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla